Bu gün Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Offsideplus.az xəbər verir ki, oyunlar 29 may Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib.

İlk öncə 3-cü yer uğrunda "Qaradağ" və "Xırdalan" klubları arasında oyuna start verilib. Qarşılaşma "Xırdalan" klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb. Final görüşündə isə, "Neftçi" və "Azstars" klubları üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Neftçi", sonda 93-29 hesablı rahat qələbəyə sevinib. Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) "Neftçi" klubundan Angelina İsmayılova seçilib. Bununla da, "Neftçi" klubu ilk pley-off 'lu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.